Ümummilli liderimiz Heydər Əliyev ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi

       
      15 İyun - Azərbaycan tarixində böyük əhəmiyyət daşıyan günlərdən biridir, Milli Qurtuluş Günüdür. Bu gün xalqımızın rəsmi bayramlarından biridir. Çünki Milli Qurtuluş Günü-Azərbaycanın taleyini dəyişən zəfər tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb.

​ ​ ​   XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi​ ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya​ respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma​ nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, ölkəmizdə hərc-mərclik, özbaşınalıq artdı. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı törətdiyi mənfur siyasəti xalqımızı daha da ağır vəziyyətdə qoydu. Ancaq bu, uzun sürmədi. 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyev ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz boynuna götürdü.

​ ​ ​ ​   Prezidentimiz İlham Əliyev Ulu Öndərin davamçısı olaraq Azərbaycanımızın inkişaf elətdirdi, beynəlxalq nüfuzunu gündən-günə daha yüksək zirvəyə qaldırdı. Dövlətimizin adı inkişaf etmiş xalqlarla bir yerdə çəkilir.​ ​

​ ​ ​ ​   Mən bir azərbaycanlı, bir müəllim olaraq bütün varlığımla fəxr edirəm ki, bizim müstəqil dövlətimiz, qəlbi Azərbaycan üçün döyünən dövlət başçımız var. Ən əsası da biz qalib ölkənin, qalib vətəndaşları kimi qürur duymalıyıq. Yaşasın xalqımız! Var olsun ölkəmiz!​

Maral Əliyeva,

Xocalı Rayon Cəmilli kənd tam orta məktəbin müəllimi


Yorum Gönder

Daha yeni Daha eski