Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr ikitərəfli əməkdaşlıq, eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində çox uğurla inkişaf edir

 

    İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula Fan der Lyayeni qəbul etmişdir. Görüş zamanı ikitərəfli münasibətlər fonunda bir sıra mühüm məsələlər müzakirə olunmuşdur.  Cənab prezident İlham Əliyev xanım Ursula Fan der'lə Xəzərin enerji resurslarının birgə işlənilməsi haqqında məsələləri müzakirə etmişdir. Səmimi söhbət zamanı hər iki lider dünyada baş verən qlobal məsələlər və onların həllinin yalnız qarşılıqlı kompromis və güzəştlər yolu ilə mümkünlüyünü yekdilliklə dəstəklədiklərini bildirmişlər. Cənab Prezident 2011-ci ildə imzalanmış Cənub Qaz Dəhlizindən bəhs edərək Xəzər dənizindən çıxarılan qazın Avropa bazarına məhz bu dəhliz vasitəsilə çıxarılmasını mühüm tarixi hadisə adlandırmışdır. Həmçinin Cənab Prezident Azərbaycanda bərpa olunan enerjinin istehsalı sahəsində böyük potensialın olduğunu Ursula xanımın diqqətinə çatdırmışdır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində günəş və külək enerjsinin potensialının 9200 meqavat olduğunu bildirən İlham Əliyev cənabları gələcək illərdə bu sahəyə xüsusi dövlət qayğısının daha da artırılacağını bildirmişdir. Cənab Prezident Azərbaycanda müasir infrastruktur gəmiqayırma, dəniz limanı, dəmir yolları və.s sahələr inkişaf etdirilir. İlham Əliyev cənabları Şərq Tərəfdaşlığı çərçivəsində ikitərəfli münasibətlərin ən yüksək həddə çatdırmaq üçün müzakirələr aparıldığını bildirmişdir. Sonda Cənab Prezident Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi olduğunu söyləyərək xalqlarımızın rifahı naminə bu münasibətlərin daha da möhkəmləndirilməsini nümayəndə heyətinin diqqətinə çatdırmışdır.  

Anar Əbdülov,

Xocalı rayon gənci

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.