Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Azərbaycan bir daha Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu sübut etdi



       Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var. Azərbaycan geosiyasi şərtlər fonunda Avropanın enerji təhlükəsizliyi məsələsi aktuallığını əhəmiyətli dərəcədə artırıb. Odur ki, Azərbaycanın potensiyalı cəlbedici görünür. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Azərbaycana işgüzar səfəri çərçivəsində aparılan müzakirələr və Azərbaycan Avropa İttifaqı 

arasında enerji sahəsində və strateji tərəfdaşlığa dair anlaşma memorandumunun tərəflərinin 

əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu təsdiq edən praktik addımlardır.

Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə 15 ildən artıq əməkdaşlıq edir. Bu inkişaf edən əməkdaşlıq münasibətləri 2011-ci ildən qaz dəhlizi ilə bağlı birgə bəyanatların imzalanması ilə yeni mərhələyə qədəm qoymuşdur. Cənub Qaz Dəhlizinin ümumi dəyəri təxminən 40 milyard ABŞ dollarıdır. 2 ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. İl ərzində hasil edilən qaz Azərbaycan, Gürcüstan, Yunanıstan, Bolqarıstan , Albaniya ərazisindən və Adriatik dənizinin 

dibindən keçməklə İtaliyaya qədər 3500 km ‘dən artıq uzanan boru kəmərləri çatdırılır.

Azərbaycan sadəcə təchizat təhlükəsizliyi sahəsində deyil , həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı tərəfdaş olaraq seçilmişdir. Bunun nəticəsidir ki, İyulun 18-də Azərbaycanla Avropa 

İttifaqı arasında enerji memorandumu imzalanıb. Memorandum Bakıda Azərbaycan Prezidenti İlham 

Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula van der Leyen tərəfindən imzalanıb. Tərəflər gələn il qaz nəqlinin həcminin 12 milyard kub metrə çatmağını hədəfləyirlər. Anlaşma memorandumunda göstərilən 2-ci əsas məsələ bərpa edilən enerji ilə bağlıdır. Azərbaycanın bu sahədə inanılmaz imkanları mövcuddur. İmzalanan bu memorandum enerji əməkdaşlığını daha da gücləndirəcək və bu 

istiqamətdə yeni səhifə açacaqdır. Bu həm ənənəvi enerji , karbo-hidrogen əməkdaşlığı , qaz təchizatı 

məsələləri , bərpa olunan enerji , iqtisadiyyatın dekorbanizatsiyası, enerji səmərəliliyi məsələləri və

eyni zamanda hidrogen texnologiyaları, hidrogen ixracı, Azərbaycanda hidrogen iqtisadiyyatının yaradılması və bununla yanaşı yeni təmiz enerji texnologiyalarının inkişaf etdirilməsi sahəsində 2 tərəf arasında əməkdaşlığı ehtiva edir və infrastrukturun inkişafı, mövcud qaz infrastrukturunun, qaz təchizatı məsələlərinə toxunur.Enerji amili hər zaman Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq istiqaməti olub. 

Bunun da böyük önəmi var. Çünki bütün dünyada enerji keçidi prosesi baş verir və ənənəvi enerji mənbələrindən yeni enerji mənbələrinə, bərpa olunan enerji mənbələrinə keçid gedir. Bu sahədəhəm iqlim dəyişmələri fonunda və yeni Avropa İttifaqının və Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklər var. Bərpa olunan enerji sahəsində Azərbaycanın dünyanın tanınmış, aparıcı bərpa olunan enerji şirkətləri ilə əməkdaşlığı uğurla inkişaf edir. 

Bu memorandum da digər əməkdaşlıqlar kimi vacib əməkdaşlıqdır ki , yeni enerji kanalları, ixrac kanalları təyin olunacaq. Bunun birincisi Qara dənizin altı ilə çəkilən su altı kabeli Gürcüstan-Rumıniya

və Avropaya elektrik enerjisi bu da yaşıl elektrik ixracıdır. İkincisi isə Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Naxçıvana, Naxçıvandan Türkiyəyə, Türkiyədən Avropaya elektrik enerjisi ixracıdır. 

Bu yeni mərhələdə təkcə Azərbaycanın enerji təhlükəsizliyində deyil, həm də Avropanın enerji təhlükəsizliyində bir güvənli tərəfdaş kimi özünü təsdiqləmə mərhələsidir. Bu mərhələdə inanıram ki, uğurlar əldə edəcəyik. 

Onuda qeyd edək ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı qəddar müharibəsindən sonra Rusiya ilə yollarını ayırmışdı. O həmçinin bildirib ki, bu onlara Rusiyadan azaltdıqları qaz idxalını kompensasiya etməyə imkan verəcək: “Anlaşma memorandumunda göstərilən ikinci əsas məsələb ərpaedilən enerji ilə bağlıdır.Azərbaycan bu sahədə inanılmaz imkanları mövcuddur. Sonuncu məsələ isə qaz nəqli zamanı iqlim amilinin nəzərə alınmasıdır”.

Prezidentimiz bu imzalanan memorondumu “gələcək üçün yol xəritəsi “ kimi qiymətləndirib. Bu memorandumda bütün məsələlər icra olunub.Şəbəkələrin qurulması isə əsas məsələlərdən biridir. 

Cənab Prezident onu da vurğulayıb ki, “Azərbaycanın coğrafi mövqeyini və modern nəqliyyat infrastrukturunu nəzərə alsaq, bizim potensialımızın əlaqələndirilməsi istiqamətində daha fəal işləməyimizə ehtiyac var”Bu gün Azərbaycan müstəqil siyasət aparır. Dövlət başçısının apardığı uğurlu siyasəti ölkəmizi 

dünyada nüfuzlu dövlətlər sırasına daxil etməkdən ibarətdir.

Şahnaz Əliyeva,

Xocalı rayon gənci

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.