Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Cənab Prezident yeni təyin etdiyi icra başçılarına ciddi tapşırıqlar verdi

 

         Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı rayonu, Lerik rayonu və Göygöl rayonuna yeni təyin edən İcra hakimiyyətinin başçıları ilə görüşmüşdür. Cənab Prezident İlham Əliyev öz çıxışında bildirmişdir ki, onlara böyük etimad göstərir onlarda bu etimadı doğruldacaqlarına qeyd etdilər. İlk öncə rayonların hər birində vəziyyət geniş təhlil olunmalıdır, gündəmimizdə mövcüd olan nöqsanlar aşkar edilməli və qaldırılmalıdır. Cənab prezidentimiz onuda bildirdiki rayonlarda regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası nəticəsində geniş abadlıq, quruculuq işləri görülüb. Böyük layihələr icra edilib və edilməkdədir də. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol, suvarma, içməli su layihələri icra olunub. Bütün rayonlarda müasir xəstəxana, tibb ocaqları, məktəblər inşa edilir buda rayonların sosial-iqtisadi inkişafına böyük töhfə vermişdir hər bir rayonun infrastruktur layihələri icra edilib. Xüsusi ilə də Lerik rayonu sovet dönəmində qazlaşdırılmamışdı. Prezidentimiz bunuda göstərdi ki, onun göstərişi ilə Lerikə qaz çəkildi. 3 rayon dağlıq rayon olduğu üçün qazlaşdırma ilə bağlı problemlər olub. Cənab Prezident onu da qeyd etdi ki, imkan daxilində bütün bu işləri görmək insanların rifahını yaxşılaşdırmaqdır. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə bu gün 10 milyondan çoxdur. İş yerlərinin açılması prosesi daimi olaraq xarakter alsın. İşsizliklə bağlı mübarizədə ciddi addımlar atmalıyıq. Məlum məsələlərə görə bir neçə keçmiş icra başçısı məlum məsələlərə görə icra başçısı cinayət məsuliyyətinə görə cəlb edilmişdir. Bu onu göstərir ki, heç kim qanundan kənara çəkilə bilməz. Bu hər bir dövlət məmuru üçün dərs olmalıdır ki, qeyri qanuni hərəkətlər yol verilməzdir. Hər bir icra başçısına tapşırdı ki, siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndləri gəzməlisiniz, kənd camaatının qayğıları ilə tanış olmalısınız. Cənab Prezident onu da qeyd etdi ki, şəhid ailələrinə xüsusi diqqət yetirmək lazımdır dövlət tərəfindən bu diqqət daimi göstərilir, İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Prezidentimiz hər zaman şəhid ailələri ilə müharibə əlilləri ilə görüşüb onların məişət problemlərini daha yaxından həll olunmağına köməklik edib. Hər bir şəhid ailəsinə mənzillər fərdi evlər verilib, minlərlə minik maşınları verilib və hələ də bu proses davam edir. Biz qələbəmizi şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Cənab Prezident onu da qeyd etdi ki, rayonların inkişafı ilə bağlı icra başçıları özləri təşəbbüs göstərməlidir. Eyni zamanda hər 3 rayonda kənd təsərrüfatının inkişafı üçündə çox gözəl imkanlar olduğunu bildirib. Rayonların yeni təyin olunan icra hakimiyyətlərinin başçıları onlara göstərilən böyük etimada görə minnətdarlıqlarını bildiriblər və bu etimadı doğrultmaq üçün tam məsuliyyətə cəlb olunacaqlarına layiqincə söz veriblər.

Anar Əbdülov,

Xocalı rayon ziyalısı

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.