Haqq nazilər üzülməz


    30 iyun 2022-ci il tarixdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı keçirilmişdir. Sammitdə Azərbaycan Respublikasının Prezidenti çıxış etdi. 121 dövlətin birləşdiyi bu qurum 2006-cı ildən fəaliyyətə başlamışdır. 2009-cu ildə bu dövlətlərin yekdilliklə qarşıladığı təklif sammitin zirvə toplantısının keçirilməsi olmuşdur. Azərbaycan daim beynəlxalq hüquqi normalara əsaslanan səyləri dəstəkləmiş, dünyada ədalətsizliyə, yoxulluğa, təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasına yönələn işlərə öz töhfəsini vermişdir. 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 121 dövlət tərəfindən irəli sürülmüşdür. Azərbaycanın sədrliyi dövrü pandemiya şəraitinə təsadüf etmişdir. Azərbaycanın pandemiyaya və başqa bu kimi tədbirlərə qarşı mübarizədə də rolu danılmazdır. Azərbaycan dünya əhalisinin müdafiəsi naminə Ümumdünya Səhiyyə Təşkilatına on milyon dollar vəsait köçürmüşdür. Bəzi zəngin ölkələr pandemiya şəraitində vaksinlərin ölkələrə çatdırılması bölgüsündə ədalətsizliyə yol vermişlər. Bizim ölkəmiz bu haqsızlıqlara qarşı göz yuma bilməzdi və lazımi instansiyada haqqın, ədalətin bərqərar olması üçün öz haqq səsini daim ucaltmışdır. Azərbaycan 2020-ci ildə Beynəlxalq hüquqi normalara uyğun olaraq uzun illər erməni işğalı altında olan dədə-baba yurdlarını işğaldan azad etdi. Bu ərəfədə bəzi ölkələrdən olan xüsusi şərləmə mövzusu ilə hazırlanmış nümayəndələr Azərbaycana qarşı qarayaxma kompaniyasına başladı. Bizim bu təşkilatda olan dostlarımız bizə haqlı olaraq dəstək oldu. İndi ermənistan ATƏT-in Minsk qrupunun heç bir fəaliyyəti olmadığını bilsə belə bu qurumu yenidən yaratmaq istəyir. Lakin bu mümkün deyildir. Bu məsələ regional deyil, qlobal məsələ olmuşdur. Bu dünyaya bir terror təhdidi idi. Fəaliyyətsiz beynəlxalq təşkilatlarda da islahatlar aparılmış olur. Bu istiqamətdə biz səylərimizi gücləndirməliyik.   

Hadisələrin gedişatına baxanda görünür ki, iqtisadi və siyasi gücümüz həm diplomatik müstəvidə, həm də hərb meydanında bizə qələbələr gətirir. Cənab Prezidentimizin rəhbərliyi ilə dövlətimiz gündən - günə inkişaf etdikcə ölkəmizin nüfuzu artır, sözümüz beynəlxalq təşkilatlarda eşidilir və ona əməl olunur. Azərbaycan öz məqsədləri, amalı uğrunda qətiyyətlə addımlayır.

Nurlan Həsənli,

Xocalı rayon gənci

Yorum Gönder

Daha yeni Daha eski