O, çıxışında ilk öncə qeyd etdi ki, son illərdə bütün rayonlarda sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində böyük işlər görülmüşdür, abadlıq, quruculuq böyük infrastruktur layihələri icra edildi. İnsanları narahat edən bir çox problemlər öz həllini tapmışdır.
Eyni zamanda Cənab Prezident öz çıxışında bildirdi ki, müharibədən əziyyət çəkən vətəndaşlara daim diqqət və qayğı göstərilməlidir. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6000-dən çox şəhid ailəsinə minik avtomobilləri verilmişdir. Bu dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür və dəstəyidir.
Cənab Prezident bundan sonra da vətəndaşların sosial məsələlərinin daim diqqət mərkəzində olmasını tələb etmişdir. Başçılara ölkə vətəndaşlarının rifahının dirçəlməsinə xidmət edən humanist insan olmaqlarını tövsiyyə etmişdir.
Elnarə Həsənova,
Xocalı rayon ziyalısı