Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Hər bir insan ana dilini yaxşı bilməli və onu qorumalıdır

 


Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyil.

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​            ​ Heydər Əliyev 

​ ​ Ana dilimiz. Soyumuzun, kökümüzün işlətdiyi dil. Bu dil Azərbaycan dilidir, Vətən dilidir. Azərbaycan dili 50 milyonluq böyük bir millətin ana dilidir. Bir xalqın torpağı qədər dili də onun varlığının, movcudluğunun şərtidir. Azərbaycan dili də bizim tarixi keçmişimiz, bu günümüz, sabahımız, gələcəyimizdir. Dil xalqın tarixinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, adət- ənənələrinin ifadə vasitəsidir.Ana dili xalqın özüdür. Dil yoxdursa, xalq yoxdur, xalq yoxdursa, dil yoxdur. Ona görə də torpağı qoruduğumuz kimi dilimizi də göz bəbəyi kimi qorumalı, qayğısını çəkməliyik.

​ ​ ​ Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

       Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

​ ​ ​ Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.

​ ​ Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, onun rəsmi dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir.

​ ​ 2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında "Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd Ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

​ ​ ​ Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

​ ​ Azərbaycan dili müqəddəs, qüdrətli və əzəmətli, lətif və şairanədir. Bu dil Nizamiləri, Nəsimiləri, Xətailəri, Füzuliləri, Vaqifləri, Zakirləri , M.F.Axundovları, R.Rzaları və digər görkənli ədib, yazıçı və alimləri yetişdirən, şair təbiətli müdrik xalqımızın ən qiymətli sərvətidir. Onlar dilimizin təmizliyi və saflığı uğrunda həmişə mübarizə aparmış, onun qayğısına qalmışlar.

​ ​ Dahi şairimiz Bəxtiyar Vahabzadə "Ana dilimiz" haqqında gözəl yazmışdır.

​ Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

​ Bu dil bir-birimizlə əhdi-peymanımızdır.

​ Bu dil tanıtmış bizə bu dünyada hər şeyi​

​ Bu dil əcdadımızın bizə miras verdiyi​

​ Qiymətli xəzinədir... onu gözlərimiztək

​ Qoruyub, nəsillərə biz də hədiyyə verək.

​ ​ Azərbaycan dili ən yüksək səviyyədə siyasi, iqtisadi və mədəni tribunalardan eşidilir. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni ylğıncaqlar, elmi simpoziumlar dilidir. Fəxr edə bilərik ki, son dövrlərin ən böyük dövlətlərarası razılaşmaları bu dildə aparılmış, əsrin müqavilələri bu dildə yazılmışdır.

​ Doğma dilim, sən ki varsan dünyada!

​ "Mən də varam!" söyləməyə haqlıyam.

​ ​ Anam! Ana dilim! Ana Vətənim!

​ ​ Mən bütün qəlbimlə sizə bağlıyam!

Ümummilli lider Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli 552 nömrəli fərmanla hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Ana dili bizim varlığımız, vüqarımız, fəxr dünyamızdır.

Rufihə Bayramova,

Xocalı rayon Cəmilli kənd tam orta məktəbin müəllimi

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.