Şahmar Usubov Ağdam rayonunun Quzanlı qəsəbəsində rayon sakinləri ilə görüş keçirib

                                  
     Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov avqust ayında vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən, avqust ayının 11-də Ağdam rayonunun Quzanlı qəsəbəsində müvəqqəti məskunlaşan rayon sakinləri ilə görüşüb. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbələri, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, idarə və təşkilat rəhbərləri iştirak ediblər. 
     Görüş zamanı sakinlər onları narahat edən məsələləri dilə gətiriblər. Müraciətlər arasında I Qarabağ müharibəsi iştirakçısına veteranlıq vəsiqəsinin verilməsi, "Özünəməşğulluq" proqramı əsasında aktivlərlə əmin edilmək, sosial yardım alınmasına köməklik, həmçinin iş və mənzillə təminat kimi məsələlər üstünlük təşkil edib. 




Yorum Gönder

Daha yeni Daha eski