Türkün qisası çox ağır olur

 


     Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan Cənab Ali Baş Komandan, İlham Əliyevin əmri ilə 2020-ci il sentyabr ayının 27-də Azərbaycanda qismən səfəbrəlik elan edildi. Hərbi komissarlıqların qarşısı böyük izdihamla doldu. Bu Cənab Ali Baş Komandan İlham Əliyevin legitimliyindən və xalq birliyindən xəbər verirdi. Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu azadlıq 3000 nəfər şəhidin canı, qanı bahasına başa gəldi. Şücaət göstərərək şəhid olmuş döyüş yoldaşlarının meyitini döyüş meydanından çıxararkən bir çox əsgərlərimiz qazi oldu. Bir tərəfdən girişi olan, alınmaz qala olan Şuşaya əsgərlərimizin qayalara dırmanaraq girməsi düşmənin bağrını yardı. Şuşanın, Fərruxun və Buzluq yüksəkliyinin azad edilməsi ilə düşmənin həm mülki əhali yaşayan, həm də hərbi, canlı qüvvəsi olan ərazilərimizə nəzarət ixtiyarımıza keçdi. Beləliklə Dəmir Yumruq özündən razı düşmənin təkəbbürlü başına endi.

       Lakin Dəmir Yumruğun öldürücü zərbəsindən hələ də nəticə çıxarmayan düşmən 2022-ci il sentyabr ayının 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində atəşkəs rejimini kobudcasına pozub. Bu təxribatın qarşısını alarkən Azərbaycan ordusunun 50 hərbi qulluqçusu şücaət göstərərək qəhrəmancasına şəhid olmuşdur. Lakin şəhidlərimizin qanı yerdə qalmadı. Bunun qarşılığı olaraq erməni hərbi birləşmələri özlərinin etiraflarına görə 400-ə yaxın canlı qüvvəsini itirmiş, sağ qalan üzdəniraqlar isə qorxularından hərbi texnikalarını qoyub qaçmış, Ermənistan ərazisinin 10 kvadrat kilometr ərazisi Azərbaycanın nəzarətinə keçdi. 

      Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Bütün bu qeyd etdiklərimi nəzərə alaraq mən Xocalı rayon gənci Həsənli Pərviz olaraq həmişə demişəm, deyirəm və deyəcəyəm. “ Türkün qisası çox ağır olur.”

Pərviz Həsənli,

Xocalı rayon gənci 



Yorum Gönder

Daha yeni Daha eski