Münhendə Vətən Müharibəsi və Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilmişdir

            Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Münhen Azərbaycanlıları mədəniyyət mərkəzində Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dəstək Agentliyinin maliyyə dəstəyi ilə “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin “44 Günlük Vətən Müharibəsinin Azərbaycan Zəfəri” adlı layihəsi və eyni zamanda Azərbaycanın Dövlət Müstəqilliyinin 31-ci ildönümu ilə bağlı tədbir keçirilmişdir. 

       Tədbirdə ilk öncə Vətən Müharibəsində şəhid olmuş əsgər və zabitlərimiz 1 dəqiqəlik sükutla yad edildi.

      Tədbiri giriş sözü ilə açan Münhen Azərbaycanlıları Mədəniyyət mərkəzi və Münhen şəhərindəki Azərbaycan evinin rəhbəri Səttar Kərimov bildirdi ki, Azərbayaycanın şanlı tarixinə parlaq, qürurverici 8 Noyabr günü qızıl hərflərlə daxil oldu. Uzun illər boyu bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44 günlük Vətən Müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Bu tarixi qələbə milyondan çox Azərbaycan vətəndaşının uzun illik Vətən həsrətinə və niskinliyinə son qoydu. 44 günlük Vətən Müharibəsində zəfər günü xeyirin şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsi idi. Vətən müharibəsini 44 gün ərzində bitirməsi tarixi bir hadisədir. Biz xaricdə yaşayan bütün azərbaycanlılar bu tarixi hadisələrə çox sevindik. 

       Daha sonra söz layihə rəhbəri olan “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əli-zadəyə verildi. Tofıq müəllim ilk öncə soydaşlarımızı salamlayaraq Dövlət Müstəqilliyimizin Bərpası Günü münasibətilə təbrik edərək layihə barədə məlumat verdi. Deyildi ki, Azərbaycanın apardığı 44 günlük Vətən Müharibəsi ədalətli və müqəddəs idi. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır. Vətən Müharibəsindəki möhtəşəm qələbəmiz Azərbaycanın tarixinə qızıl hərflərlə yazılaraq hər bir azərbaycanlının qan yaddaşında silinməz izlər qoyacaqdır. Bu qələbimizin birinci qəhrəmanı Azərbaycan əsgəri, zabiti və Ali Baş Komandanımız olan Azərbaycan Prezidenti İlham Əliyevdir. 

         Tofiq Əli-zadə qeyd etdi ki, BMT-in Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi təxminən 28 il idi ki kağız üzərində qalmışdı. Nəhayət, Azərbaycan bu tarixi ədaləti tək başına bərpa etdi. Bu ədalətli döyüş meydanında Azərbaycan həm də diplomatiya sayəsində qalib gəldi. Müzəffər Ordumuzun və Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və güclu dəmir iradəsi nəticəsində torpaqlarımızı erməni işğalçılarından azad etdik.

       Daha sonra vatsap vasitəsi ilə, Rusiya Fedarasiyası Leninqrad şəhəri üzrə Azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədr müavini Könül Abbasova, Azərbaycandan "Carcı News" jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, şairə Aygün Hüseyn çıxış edərək müstəqillik günü münasibətilə bütün soydaşlarımızı təbrik etdilər. Almaniyada yaşayan soydaşlarımızdan Taleh Babayev, Əli Zeynalov, Xanlar Şirinov ordumuzun belə güclü olmasına çox sevindiklərini söylədilər. Bildirildi ki, Qarabağda 44 günlük zəfərimiz nəticəsində Qarabağ savaşı dünyanın hərb tarixinə düşəcək. Bu gün Azərbaycan ordusu daha müasir silahlanmaya malik bir ordudur. Biz Almaniyada yaşayan soydaşlar Azərbaycanın bu qələbəsinə sevinir və bundan sonra da təbliğat işlərində mütəşəkkil olmağa çalışacağıq. 

         Tədbirin sonunda “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əli-zadə Almaniyada Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasnda fəallıq  göstərən Almaniyanın Münhen şəhərindəki Münhen Azərbaycanlıları Mədəniyyət mərkəzi və Münhendəki Azərbaycan evinin rəhbəri olan Səttar Kərimovu (DAHD) təşkilatın Fəxri Fərmanı ilə təltif etdi.





Yorum Gönder

Daha yeni Daha eski