Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumun böyük əhəmiyyəti var

          Azərbaycanın  müstəqil dövlət olaraq qazandığı uğurları düzgün qiymətləndirmək üçün dövlət müstəqilliyimizi əldə etdikdən sonra keçdiyimiz tarixi yola nəzər salmalı,  həmin dövrlə indiki vəziyyəti müqaisə etmək düzgün olardı. Azərbaycan müstəqilliyinin ilk illərində beynəlxalq aləmdən təcrid olunmuş, daxili çəkişmələrin girdabına düşmüş, torpaqlarının 20%-i erməni işğalçılarına məruz qalmış, elektrik enerjisini əhaliyə fasilələrlə verən, əhalini  istilik enerjisi ilə təmin edə bilməyən və meşələrdən odun gətirərək evləri qızdırılan bir məmləkət idisə, indi dünyanın enerji təhlükəsizliyində mühüm rol alan, dünyaya elektrik enerjisi ixrac edən, reionun lider dövləti və bütün güc mərkəzlərinin hesablaşdığı, ən əsası qüdrətli Ordusunun və qətiyyətli rəhbərinin gücü ilə ərazi bütövlüyünü təmin etmiş məğrur bir ölkədir. Cənab Prezident İlham Əliyev necə ki, iqtisadiyyatı şaxələndirmə yolu ilə ilbəil yüksəldərək uğurlar əldə olunmasına nail oldu, xarici siyasətdə də qarşılıqlı maraqları uzlaşdırtmaqla beynəlxalq əlaqələri genişləndirdi və yeni tərəfdaşları Azərbaycanla əməkdaşlığa cəlb edə bildi.  İstər Avropa, istər Asiya, istərsə də digər qitələrdə yerləşən aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla Azərbaycanın ikitərəfli və çoxtərəfli siyasi, humanitar və iqtisadi əlaqələri quruldu. Qurulmuş əlaqələr Azərbaycanın hərtərəfli inkişafına öz müsbət təsirini göstərdi və göstərməkdədir.

    Bolqarıstan Respublikası Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlər sırasındadır. Cənab Prezident İlham Əliyevin 2015-ci ildə Avropa İttifaqının və NATO-nun üzvü olan Bolqarıstana səfəri və səfər zamanı “Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin imzalanması ilə iki dost və strateji tərəfdaş dövlət arasında münasibətlər yeni mərhələyə qədəm qoydu.

   Avropa İttifaqının Komissarı xanım Ursula Vander Leayinin  bu ilin yayında Azərbaycana səfəri zamanı “Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında”  Memorandum Azərbaycanla Avropa İttifaqına daxil olan dövlətlər  arasında münasibətlərin daha da genişlənməsinə müsbət təsir göstərməkdədir.

   Cənab Prezident İlham Əliyevin 30 sentyabr tarixində Bolqarıstana rəsmi səfəri iki dost və strateji tərəfdaş ölkələr arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyinin göstəricisidir. Cənab Prezident İlham Əliyev özünün verdiyi Bəyanatla Bolqarıstan səfərini yüksək qiymətləndirərək 2015-ci ildə qəbul edilmiş “Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannaməni xüsusi qeyd etdi və bəyannamədə təsbit edilmiş bütün məsələlərin öz əksini tapdığını vurğuladı. O, bildirdi ki, Bolqarıstanla Azərbaycan strateji tərəfdaş ölkələr olaraq bir-biri ilə sıx əlaqədədir. Cənab Prezident əlavə etdi ki, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Qarşılıqlı olaraq Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır.

    2021-ci ildə Bolqarıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 73 milyontəşkil etmiş, 2022-ci ilin yanvar-iyul aylarında  isə 80 milyon ABŞ dollarını keçmişdir. Ötən illə cari ilin rəqəmlərini müqaisə etdikdə görürük ki, ticarət dövriyyəsini artım surəti olduqca yüksəkdir.

   Rusiya ilə Ukrayna arasında baş vermiş müharibə dünyada, eləcə də Avropada enerji və ərzaq təhlükəsizliyinə əngəllər yaradıb. Həm siyasi və həm də iqtisadi sahədə müstəqil siyasət aparan Azərbaycan Respublikası cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayır. Avropa  İttifaqı ilə Azərbaycan arasında bu ilin yayında imzalanmış enerji sahəsində əməkdaşlıq haqqında Memoranduma əsasən növbəti bir neçə ildə Azərbaycandan Avropaya ixrac edilən qazın həcmi 2 dəfə artırılacaq. Bu da öz növbəsində Azərbaycana əlavə mənfəət gətirməklə yanaş, siyasi əlaqələrin dərinləşməsinə öz təsirini göstərəcək. Əgər zamanında neft və qaz, nəqliyyat, loqistika sektorlarında mövcud şərait yaradılmasaydı bunları görmək mümükün deyildir.  Artıq TANAP və TAP boru xətləri ilə Azərbaycan qazı Avropaya nəql edilir. Cənab Prezident İlham Əliyevin Bolqarıstana səfəri zamanı Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun əhəmiyyətini qeyd edərək bu İnterkonnektor vasitəsi ilə Azərbaycan qazının Yunanıstana və digər Avropa dövlətlərinə nəql ediləcəyini xüsusi hadisə olaraq dəyərləndirdi.

      Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində Azərbaycanın beynəlxalq əlaqələri davamlı olaraq inkişaf edir və genişlənir. Bu da Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı əlavə iqtisadi və siyasi dividentlər qazandırır.







             

Vahid Əliyev,

YAP Xocalı rayon təşkilatının sədri 

Yorum Gönder

Daha yeni Daha eski