Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş konfrans keçirildi

 Oktyabr ayının 18-də Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş konfrans keçirildi. Xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində keçirilən konfransda Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, YAP Mərkəzi Aparatın məsul əməkdaşı Elmar Məmmədov, YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, Milli Məclisin deputatı Elman Məmmədov, YAP Gənclər Birliyinin üzvü Salman Salmanov, Partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə Aşağı Ağcakənd qəsəbəsində ucaldılmış Yeni Azərbaycan Partiyasının qurucusu Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Dahi şəxsiyyətə ehtiram əlaməti olaraq abidəsi önünə gül dəstələri düzdülər.

Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı soyqırımı ” abidəsini ziyarət edən tədbir iştirakçıları abidə önünə gül dəstələri düzərək şəhidlərimizə Allahdan rəhmət dilədilər.

Xocalı rayon Mədəniyyət Evində davam edən tədbir Dövlət Himnimizin səsləndirilməsi başladı.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev “Yeni Azərbaycan Partiyasının  keçdiyi  yol və əldə olunmuş uğurlar” mövzusunda çıxış etdi. Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən danışan Vahid Əliyev bildirdi ki, dahi şəxsiyyətin hakimiyyətə qayıdışından sonra ölkəmizdə baş verməsi gözlənilən vətəndaş müharibəsinin qarşısı alındı, həcmərcliyə son qoyuldu, ictimai sabitlik təmin edildi. Ayrı-ayrı şəxslərə xidmət edən silahlı dəstələr zərərsizləşdirildi. Ümummilli lider hakimiyyətə elə bir zamanda qayıtdı ki, həmin dövrdə dövlətin heç bir strukturu işləmirdi. Torpaqlarımız ard-arda işğal edilir, daxildə isə çəkişmələr baş verirdi. Belə bir mühitdə xalqın nicatı olan Heydər Əliyev qısa vaxt ərzində ölkəmizdə hökm sürən xaosu aradan qaldırdı və daha sonra isə uğurlu iqtisadiyyat istiqamətində addımlar atdı. 1994-cü il sentyabrın 20-də bağlanmış “Əsrin müqaviləsi” bugünkü Azərbaycan iqtisadiyyatının təməlini qoydu. Dövlət çevrilişi cəhdi törətməklə Azərbaycanın inkişafına maneə olan qüvvələr istəklərinə nail ola bilmədi. Bundan sonra dərin islahatlar kursu həyata keçirildi. Azərbaycan Konstitusiya Aktı qəbul etməklə özünün qanunvercilik bazasını yaratdı.

2003-cü ildən ölkəmizə rəhbərlik edən Ulu öndərin siyasi kursunun davamçısı İlham Əliyev hakimiyyətə gəlişindən sonra ilk olaraq regionların inkiafına dair dövlət proqramının hazırlanması ilə bağlı Fərman imzaladı. Prezident İlham Əliyev həm ölkə iqtisadiyyatını inkişaf etdirir, həm də əhalinin sosial təminatı və rifahı üçün bütün lazımi tədbirləri görür. Bununla yanaşı, ölkə başçısı xarici siyasətdə, eyni zamanda Qarabağ probleminin tənzimlənməsi istiqamətində qətiyyətli siyasət apardı. Ancaq beynəlxaq təşkilatların fəaliyyətsizliyi, ikili standart mövqedə olması məsələnin dondurulmasına aparırdı. Ali Baş Komandanımızın yaratdığı güclü iqtisadiyyatımız, xalq-iqtidar birliyi, Ordumuzun gücü sayəsində 44 günlük müharibədə qələbə qazandıq.

Bu gün 760 mindən artıq üzvü olan Partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyamızın rayon təşkilatının hal-hazırda 924 nəfər üzvü də hər zaman azərbaycançılıq, dövlətə sədaqət prinsiplərini uca tuturlar. YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar Partiyanın gələcək inkişaf strategiyasını müəyyən etmişdir. Qurultayda Partiyanın yeni Nizamnaməsi və strukturu təsdiq edilmişdir.

 Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, YAP Veteranlar Şurasının üzvü, millət vəkili Elman Məmmədov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan-Fransız Universitetinin İcraçı direktoru Vazeh Əsgərov, YAP fəalları - Meşəli kənd tam orta məktəbin müəllimi Sabir Qasımov, Xocalı şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Şahnaz Əliyeva çıxış edərək ötən 30 ildə partiyanın keçdiyi şərəfli yol haqqında danışdılar. Qeyd edildi ki, Sözlə əməl birliyi sayəsində milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının qalib, dayanıqlı iqtisadi inkişafa malik olan Azərbaycanın uğurlarında böyük payı vardır. Qalib Azərbaycanımız, ölkəmizin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı illərdə daha möhtəşəm uğurlara imza atacağı vurğulandı.

Çıxışlardan sonra uzun müddət partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına görə bir qrup fəal şəxsə YAP Mərkəzi Aparatının “Təşəkkürnamə”ləri təqdim edildi.

Sonda Partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi verildi və onlara uğurlar arzulandı. 

 


































 

Yorum Gönder

Daha yeni Daha eski