İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür

          Erməni vandalizmi nəticəsində daşı-daş üstündə qalmayan, “ruhlar şəhərinə çevrilən, “Qafqazın Xerasiması” adlandırılan Ağdam şəhərində cənab Prezident İlham Əliyevin iştrakı ilə 5 oktyabr tarixində, Azərbaycan Milli Şəhərsalma Forumu” nun təşkil edilməsi böyük siyasi mahiyyət daşımaqla, mühüm hadisə idi. 28 il doğma sakinlərinə həsrət qalan, ermənilər tərəfindən xarabazarlığa çevrilən, burada dəfn edilmiş insanların məzarları üzərində vəhşiliklər törədilmiş Ağdamda beynəlxalq səviyyəli 40-dan artıq ölkədən gəlmiş dövlət nümayəndələrinin iştrakı ilə tədbirin keçirilməsi həm siyasi, həm də mənəvi baxımdan əlamətdar hadisə olaraq dəyərləndirilməlidir. Ermənilərin Ağdamda və işğala məruz qalmış digər rayonlarda törətdiyi vəhşiliklərlə, Azərbaycanın həmin ərazilərdə qısa müddətdə apardığı qurub-yaratma, inşa etmə fəaliyyətini müqaisə etmək kifayətdir ki, bu ərazilərin kimə məxsus olduğunu və bu iki millətin (əgər ermənilərə millət demək mümkündürsə) mənəvi, mədəni, bütövlükdə insani keyfiyyətlərinin nə qədər fərqli olduğunu müəyyənləşdirmək mümkün olsun.

         Cənab Prezident İlham Əliyevin iştrakı BMT-nin Məskunlaşma Proqramı çərçivəsində və həmin Proqramın direktoru Maimuna Mohd Şərifin iştrakı ilə Azərbaycanda, məhz işğaldan azad edilmiş Ağdam şəhərində ilk Forumunun “Azərbaycan Milli  Şəhərsalma Forumu” adı altında keçirilməsi, dünyanın ən nüfuzlu təşkilatı olan BMT ilə əlaqələrinin yüksək səviyyədə olduğunun göstəricisidir. 40-dan çox ölkədən gəlmiş çoxsaylı nümayəndə heyətinin qatıldığı bir tədbirin keçirilməsi üçün Ağdam şəhərində möhtəşəm konfrans zalının  qısa müddətdə tikilib istifadəyə verilməsinin özü də çox şeydən xəbər verir.  Buraya gələn xarici qonaqlar erməni vandalizmini də, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işini də, irimiqyaslı layihələrin sürətli icrasını da öz gözləri ilə görür. Bu da öz növbəsində erməni vəhşiliyinin mahiyyətini beynəlxalq aləmə çatdırmasında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın şəhərsalma mədəniyyətinin olduqca yüksək səviyyədə olduğunu təsdiq etmək baxımından önəmlidir.

        Cənab Prezident İlham Əliyev necə ki, müharibənin gedişi zamanı həm dövlətə ümumi rəhbərliyi həyata keçirməklə yanaşı, Ali Baş Komandan olaraq döyüş əməliyyatlarına şəxsən rəhbərliyi, iti zəkası ilə Azərbaycana qarşı qərəzli dünyanın ən nüfuzlu mətbuat agentliklərinin nümayəndələrini susdurmaqla Azərbaycanın haqlı davasını dünyaya bəyan etməyi öz üzərinə götürərək Qələbəmizi təmin etdi, eləcə də 44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra qarşıya qoyulan qısa məqsədlərə müddətdə nail olmaq üçün görüləcək tədbirlərin ardıcıllığını müəyyən etdi və icraya yönəlik mühüm qərarlar qəbul etdi, müvafiq tapşırıqlar verdi və şəxsi nəzarətinə götürdü. Məhz bunun nəticəsidir ki, müharibənin bitməsindən keçən qısa müddət ərzində çox böyük işlər görüldü. Əhalinin təhlükəsizliyinin təmin edilməsi, infrastruktur layihələrinin icrası, tikinti, abadlıq işlərinin görülməsi və əkinəyararlı torpaqların dövriyyəyə qoşulması üçün ərazilərin minalardan təmizlənməsi, erməni işğalçıları tərəfindən dövlətə və əhaliyə vurulmuş zərərin müəyyləşdirilməsi, işğaldan azad edilmiş rayonların Baş Planının hazırlanması, infrastruktur layihələrinin icrası və yaşayış məntəqələrinin yenidən inşası planlı şəkildə davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə təsəvvürə  gətirilməsi belə çətin olan mühüm işlər görülmüş və heç bir dövlətin dəstəyi olmadan bu gün də davam etdirilir. Yüzlərlə kilometr uzunluğunda çətin relyefli şəraitdə ən müasir standartlara cavab verən avtomobil və dəmir yolları çəkilmiş, ərazilərdə elektirikləşmə işləri davamlı olaraq aparılır, su və qaz xətlərinin çəkilişi fasiləsiz olaraq icra edilir. Qısa müddətdə Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının inşası başa çatdırılmış, Laçın Hava Limanının da tikintisi sürətlə aparılır. Yaradılan bu kommunikasiya imkanları  ərazidə məskunlaşma prosesini sürətləndirməklə yanaşı, xarici dövlətlərdən Azərbaycana dəvət olunmuş insanların işğaldan azad olunmuş ərazilərə səfərlərini asanlaşdırır. Belə səfərlərin təşkili işğaldan azad olunmuş ərazilərdə erməni vandallarının törətdiyi vəhşilikləri beynəlxalq aləmə çıxarılması baxımından olduqca önəmlidir.

         Cənab Prezident İlham Əliyev nəyi, necə və nə vaxt edəcəyini çox gözəl bilir. Ona görə də işğaldan azad edilmiş ərazilərin hansı ardıcıllıqla abadlaşdırılmasını, harada, hansı infrastrukturun yaradılmasını, beynəlxalq səviyyəli tədbirlərin hansı məkanda keçirilməsini əvvəlcədən düzgün müəyyənləşdirir. Aparılan düzgün xarici siyasət öz bəhrəsini verməkdədir. Ermənilərin Azərbaycan əlehinə istifadə etdikləri təbliğat maşını işləmi, beynəlxalq aləm erməni uydurmalarına əvvəlki kimi inanmır. Məhz bu uğurların əldə olunmasında işğaldan azad olunmuş ərazilərə diplomatik korpusun, nüfuzlu beynəlxalq təşkilatın əməkdaşlarının və xarici qonaqların mütəmadi olaraq səfərlərinin səmərəli təşkili mühüm rol oynamışdır.

Vahid Əliyev,

YAP Xocalı rayon təşkilatının sədri






            


Yorum Gönder

Daha yeni Daha eski