Şəhidlər unudulmur, unudulmayacaq...

        Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin üzvləri Şəhid Leytenant Cavadov Namiq Rəhbər oğlunun Şəhidlik Zirvəsinə ucalmasının ikinci ildönümü münasibəti ilə tədbirdə iştirak ediblər. Mərasim iştirakçıları II Fəxri Xiyabanda dəfn edilmiş şəhidimizin məzarını ziyarət edib və ruhuna dualar oxuyublar.

        Qeyd edək ki, Namiq Rəhbər oğlu Cavadov 1973-cü ilin noyabr ayının 7-də Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1993-cü ildə BDU-nun Coğrafiya fakültəsinə daxil olmuşdur. 1997-ci ilə qədər davam edən ali təhsili zamanı həm də həmin universitetin hərbi kafedrasında da təhsil almışdır.

        Vətənə, torpağa uşaqlıqdan bağlı olan Cavadov Leytenant rütbəsi ilə 2003-cü ildə Naxçıvan şəhərinin Sədərək rayonunda 2 il 6 ay Vətənə xidmət etmişdir.

         Vətən Müharibəsi zamanı ehtiyatda olan Leytenant Namiq Cavadov Səfərbərlik Xidmətinə çoxsaylı müraciətlər etməsinin nəticəsində oktyabrın 19-u Vətən döyüşlərə çağırılmışdır. Hərbidən ayrıldığı 15 ilə yaxın olmasına baxmayaraq, könüllü olaraq ön cəbhəyə getmiş, Qubadlı döyüşlərində iştirak etmişdir. Burada gedən ağır döyüşlərdə şücaətlər göstərərək Laçının Güləbird qəsəbəsinə kimi gəlib çıxmışdır. Döyüşlər zamanı 60 əsgərdən ibarət kazarmanı təhlükəli vəziyyətdən çıxarmış, 20 yaralı əsgərə köməklik göstərərək həyatlarını xilas etmişdir. Oktyabr ayının 25-i, döyüşə yollandığının 6-cı günündə Laçının Güləbird qəsəbəsində düşmənin xain qəlpəsinə tuş gəlmiş, şəhidlik zirvəsinə ucalmışdır.

      Namiq Cavadavovun 2 övladı - 1 qızı və 1 oğlu yadigar qalıb. 

     Cənab Prezidentin müvafiq Sərnacamına əsasən Cavadov Namiq Rəhbər oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

        Məkanı cənnətdir, ruhu şad olsun!






Yorum Gönder

Daha yeni Daha eski