Noyabrın 2-də Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə "Şanlı Qələbəmiz" adlı tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov, qəsəbədə fəaliyyət göstərən tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak etdilər.
Muzeyin bələdçisi Xatirə İsmayılova qonaqlara Zəfər Günü ilə əlaqədar muzeydə yaradılmış sərgi və muzeyin eksponatları haqqında məlumat verdi.
Sonra Lamiyə Qarayeva çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun düşmən üzərində parlaq qələbəsindən danışdı. Şagirdlərin qədim Xocalı mədəniyyəti haqqında biliklərə yiyələnməsi üçün muzeyin əhəmiyyətini xüsusi vurğuladı. Lamiyə Qarayeva muzeyin "Xatirə dəftəri"nə ürək sözlərini yazdı.
Daha sonra muzeyin direktoru Tofiq Məmmədov görülən işlərdən məlumat verərək bildirdi ki, rayon rəhbərliyi tərəfindən daim Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinə diqqət və qayğı göstərilir.
Sonda xatirə şəkilləri çəkdirildi.