"Qarabag Azərbaycandır!" reallığı 44 gündə mümkünsüzü mümkün etdi. Ermənistanın hərbi kapitulyasıyasına nail olduq. Bəsəriyyətə haqqın, ədalətin oldugunu göstərən bir dövlətin-Azərbaycanın var oldugunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı ordumuzla bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşərək təkcə Ermənistanın yox, bütövlükdə
haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşuruq. Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 30 ilə yaxın düşmən topdagında inildəyən Vətən torpaqlarını işgaldan azad etdi. 44 gündə Müzəffər Azərbaycan Ordusu bir daha göstərdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla yanaşı, ağılla, zəkayla da qazanmaq lazımdır.
Şuşanın alınması, sentyabrın 27-ən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin-Ali Baş Komandanın ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, üstünlüyünü, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu deyir. 44 gün ərzində biz Ali Baş Komandan cənab İlham Əliyevin düzgün siyasət yürütdüyünün bir daha şahidi olduq. Cənab İlham Əliyev Tarix yazan Sərkərdədir. Öz çıxışlarından birində Ali Baş Komandan demişdir: "Mən nəyi, nə vaxt, necə etməyi çox gözəl bilirəm."
Bəli, bu gün Qarabağımız azaddır. Qarabağ səmasında üçrəngli bayrağımız dalğalanır, məscidlərimizdə əzan səsləri eşidilir. Ana torpağımıza, gözəl yurdumuza uzanan o qatil əllər kəsildi. Şuşamız, Füzulimiz, Qubadlımız, Cəbrayılımız, Zəngilanımız, Kəlbəcərimiz, Laçınımız, Ağdamımız qayıtdı. Qayıtdı Azərbaycanın döyünən ürəyi cənnət Qarabağımız...
Amma bu qayıdış heç də asan olmadı. Xalqımızın bu müqəddəs arzusuna qovuşduğu yollar oddan, alovdan keçdi. Bu qayıdış üçün Vətənin igid, qəhrəman oğulları canlarından, qanlarından keçdilər, "təki Vətən yaşasın!" dedilər. Məhz elə buna görə də bu günü,bu qayıdışı, belə böyük bir qələbəni, böyük zəfəri bizə bəxş edən şəhid oğullarımızın ruhu daha çox sevinir, daha çox şaddır, - desəm yanılmaram.
Bu gün biz Qalib Ölkənin vətəndaşlarıyıq. Bu Qələbə üçün mən bizə bu sevinci yaşadan, niskilimizi qəlbimizdən silən, həsrətimizə son qoyan Müzəffər Ali Baş Komandanımız, ölkə prezidenti İlham Əliyev cənablarına və qüdrətli, şanlı ordumuzun hər bir əsgərinə minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ruhu, onları Vətən üçün böyüdən analarımızın qarşısında baş əyirəm.
Sonda üzümü yenə də Tanrıya tutub deyirəm: İlahi, qoy bizim bu qələbəmiz, zəfərimiz əbədi olsun! Müqəddəs üçrəngli bayrağımız Qarabağ ellərində həmişə əzəmətlə, vüqarla dalğalansın!Axı, Qarabağ Azərbaycandır!
Reyhan Əliyeva,
Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbin müəllimi