Qarabağ münaqişəsi artıq tarixdə qaldı

     Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyev Rusiya Fedorasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə cari ilin oktyabr ayının 31-də Rusiya Fedirasiyasına işgüzar səfər etmişdir. Rusiya Fedorasiyasının Soçi, şəhərində cənab Prezident İlham Əliyevin ilk öncə Rusiya Fedorasiyasının  Prezidenti Vladimir Putinlə təkbətək, daha sonra isə Rusiya Fedorasiyasının Prezidenti Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşiniyanla üçlü formatda görüşləri keçirilmişdi.

   Məlumat üçün bildirirəm ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə təşkil olunan bu işgüzar səfər digər məsələlərlə yanaşı əsasən Azərbaycanla Ermənistan arasında mövcud durumun müzakirəsinə həsr edilmişdir. Səfər öncəsi müxtəlif səviyyələrdə və ayrı-ayrı informasiya kanalları ilə məlumatlar ötülürdü ki, Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək və bununla da Azərbaycanın geri addım atmasına nail olunacaqdır. Bu mənada cənab Prezidentimiz İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşündə söylədiyi “Qarabağ problemi artıq bitmişdir” deməsi ilə “Qarabağ problemi” anlayışını yenidən gündəmə gətirmək istəyənlərə, dünya erməniliyinə və Qarabağda yaşayan ermənilərə sərt və  birmənalı mövqeyini ifadə etdi.

    Bunulada göstərdi ki, bu məsələ artıq gündəmə gətirilə bilməz. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbəsi ilə Qarabağ problemini həl edib, Ermənistan kapitulyasiya aktına imza atmış məğlub tərəfdir, 10 noyabr tarixli Bəyanaməyə imza atmaqla üzərinə öhtəlik götürmüşdür, lakin üzərinə götürdüyü öhtəliklərin icrasını təmin etməmişdir. Ona görə də müzakirə olunmalı məsələ Ermənistanın üzərinə götürdüyü öhtəliklərin icra edilməsi ilə bağlı olab bilər. Bir daha cənab Prezidentimiz İlham Əliyev diplomatik məharət və qətiyyətli mövqe sərgiləyərək Azərbaycanın dövlət maraqlarını ən yüksək səviyyədə müdafiə etmiş oldu. Ən yüksək səviyyədə, müxtəlif arenalarda aparılan danışıqlarda cənab Prezidentimizin qətiyyətli mövqeyi bunu deməyə tam əsas verir ki, Qarabağ probnlemi artıq sözdə deyil reallıqda da bitmişdir.

   Qarabağ Azərbaycandır!



   




Vahid Əliyev,

   YAP Xocalı rayon təşkilatının sədri

Yorum Gönder

Daha yeni Daha eski