“Uşaq Hüquqları Aylığı” çərçivəsində Xocalı rayon Kosalar kənd tam orta məktəbində tədbirlər keçirmişdir

      

      20 Oktyabr 2022-ci il tarixdə Xocalı rayon Kosalar kənd tam orta məktəbində məktəbin psixoloqu Quliyeva Vəsilənin təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində VI sinif şagirdləri ilə tədbir keçirildi. Tədbirdə məktəbin psixoloqu Quliyeva Vəsilə, məktəbin müəllimi Quliyev Qalib və UBR Bünyatova Aynur  “ Uşaq Hüquqları” haqqında şagirdlərə geniş məlumat verdilər. Tədbirdə şagirdlər hüquqları haqqında müzakirələrin aparılmasında fəal iştirak etdilər.

***

      24 oktyabr 2022-ci il tarixdə Xocalı rayon Kosalar kənd tam orta məktəbində məktəbin psixoloqu Quliyeva Vəsilənin rəhbərliyi ilə “Bizim Hüquqlarımız necə qorunur?” mövzusunda məktəbin şagirdləri ilə geniş müzakirə aparıldı. Müzakirənin mövzusunu şagirdlər özləri müəyyən etdi. Tədbirdə məktəbin direktoru Quliyev Rafiq, təlim-tərbiyə işləri üzrə direktor müavini Zeynalova Şahilə, təşkilatçı müavin Mirzəyev Rauf, tədbirdə iştirak edən müəllimlər və şagirdlər mövzu ətrafında geniş müzakirələr apardılar.

***

      15 noyabr 2022-ci il tarixdə Xocalı rayon Kosalar kənd tam orta məktəbində məktəbin psixoloqu Quliyeva Vəsilə “ Uşaq Hüquqları Konvensiyası” aylığı çərçivəsində ayrı-ayrı siniflər üzrə müzakirələr təşkil etdi. Müzakirələrdə şagirdlər fəal iştirak etdilər. 

Yorum Gönder

Daha yeni Daha eski