Şahmar Usubov növbəti səyyar qəbulda Xankəndi və Kərkicahan qəsəbə sakinlərinin müraciətlərini dinlədi

      Vətəndaşlarla görüşün ən səmərəli forması olan səyyar-qəbulların keçirilməsi Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov tərəfindən uğurla davam etdirilir.

      Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin noyabr ayında keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən, noyabrın 29-da Gəncə Regional Kollecinin Bayan 143A və C.Rəfibəyli 55 A küçələrində yerləşən yataqxanalarında və Gəncə Dövlət Universitetinin 2№li yataqxanasında kompakt şəkildə müvəqqəti məskunlaşan əsasən Xankəndi şəhər və Kərkicahan qəsəbəsindən olan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirdi. Səyyar qəbul-görüşdə rayonumuzun icra başçısı ilə birgə, rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonunun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri də iştirak etdilər.
     
      Səyyar qəbulda müraciətlər əsasən işlə təminolunma, müharibə veteranı vəsiqəsinin verilməsinə köməklik və digər məsələlərlə bağlı oldu. 
      
      İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verdi.
       








 

Yorum Gönder

Daha yeni Daha eski