Xocalı şəhər 3 saylı tam orta məktəbdə uşaq hüquqlarına həsr olunmuş dəyirmi masa keçirilmişdir

15 oktyabr 2022 - ci il tarixdə Xocalı şəhər 3 saylı tam orta məktəbdə uşaq hüquqlarına həsr olunmuş dəyirmi masa keçirilmişdir. Məktəbin direktoru Eldəniz Məhərrəmov Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının müddəaları haqqında dəyirmi masa iştirakçılarına geniş məlumat verdi. Daha sonra şagirdlərə uşaqların hüquq və vəzifələri baradə məlumat verildi. Dəyirmi masa maraqlı diskussiya formasında keçirildi. Sonda uşaq hüquqları ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıldı.            

                                                 ***


20 oktyabr 2022-ci il tarixdə Xocalı şəhər 3 nömrəli tam orta məktəbdə "Uşaq hüquqları aylığı"na həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Məhərrəmov Eldəniz Təhməz oğlu açdı. O, çıxışında "Uşaq Hüquqları üzrə Konvensiya"nın Beynəlxalq İnsan Hüquqları üzrə Konvensiyanın tərkib hissəsi olduğundan, ölkəmizdə uşaq hüquqlarının yüksək səviyyədə qorunmasından söhbət açdı. Sonra məktəbin müəllimləri Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi haqqında müxtəlif səpkili çıxışlar etdilər. Tədbir məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi - bədii kompozisiya ilə yekunlaşdı.                              

Yorum Gönder

Daha yeni Daha eski