Azərbaycanla Serbiya arasında əməkdaşlığı genişləndirmək üçün böyük potensial var

Azərbaycan dövləti bu gün qonşu dövlətlərlə yanaşı, bütün qitələrdə yerləşən dövlətlərlə dostluq və  ticarət əlaqələri qurubdur. Bu ikitərəfli əlaqələr dövlətimizin tanınmasına və inkişafına töhfə verir. Cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycanın xarici ticarət əlaqələri uğurla inkişaf edir. 

Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirmək istəyən Avropa ölkəsindən biri də Serbiyadır. Azərbaycala Serbiya arasında iqtisadi münasibətlər siyasi əlaqələrə söykənir. Diplomatik əlaqələrimiz 25 illik tarixə malikdir. Ancaq iqtisadi əlaqələrimiz son zamanlar daha da intensivləşibdir. Statistika göstərir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya Azərbaycanın 68-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,84 milyon dollar, o cümlədən idxalın həcmi 8,10 milyon dollar, ixracın həcmi 1,74 milyon dollar təşkil edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya ilə ticarət dövriyyəsi 27,51 faiz artıb.

Xəbər verildiyi kimi, dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər. Bəyanatda Azərbaycan və Serbiya arasında dostluq münasibətlərindən, həmçinin hər iki ölkə arasında ticarət əlaqələrindən söhbət açılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyənatla çıxışında bildirmişdir ki, belə gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün sahələrdə bunun nəticəsi olacaq, ilk növbədə, ticarət sahəsində. Əminəm ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq, hələ ki, o, istənilən səviyyədə deyil. Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır.

Qeyd edək ki, Serbiya Azərbaycanı Qarabağ məsələsində həmişə dəstəkləmişdir. Serblər bu dəstəyi Vətən müharibəsində nümayiş etdirdilər. Serbiyanın Azərbaycanın dəstəkləmisinin səbəblərindən biri onların da seperatizimdən əziyyət çəkməsi və bizim kimi ikili standartlarla qarşılaşmasıdır. Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bu səbəbdən Kosovanın müstəqilliyini tanımır və beynəlxalq müstəvidə Serbiyanın tərəfdaşıdır.

İndi Azərbaycan-Serbiya əlaqələrində yeni mərhələnin başlandığını görürük. Bu əlaqələr təbii ki, hər iki dövlətin iqtisadiyyatının güclənməsinə böyük zəmin yaradır. Ölkələrimiz arasında energetika və qaz ixracı ilə bağlı artıq razılaşmalar imzalanıb. Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün Qara dənizin dibi ilə kabel çəkilməsi üzrə razılaşma imzalanıb. Avropanın enerji təhlükəsizliyində rolunu artıran Azərbaycan öz qüdrəti, iqtisadi-siyasi gücü ilə bizim qürurumuzu daha artırır.

Akif Rüstəmov,

Xocalı rayon Əli Kərim adına

 Başkənd kənd tam orta məktəbin müəllimi


Yorum Gönder

Daha yeni Daha eski