Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət yaratdı

                   Tarix dahi şəxsiyyətləri tək-tək yetişdirir. Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, bu cür şəxsiyyətlər tək-tək olur. O, təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının sərkərdəsi, şəxsiyyətli siyasi xadimi idi. Onun səlist danışığı, natiqliyi hamını heyran edirdi. Azərbaycan tarixində öz siyasi yeri olan Heydər Əliyev xalqımız, millətimiz üçün misilsiz quruculuq işləri görmüşdür. Demək olar ki, Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanı bütün dünyaya tanıtdı.

        XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-1920-ci illərdə mövcdu olmuş Azərbaycan Xalq Cumhuriyyətinin ömrü cəmi 23 ay sürmüşdür. 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır.

          80-ci illərin ikinci yarısında Sovet İmperiyasının iqtisadi, siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət yaranmışdır. Milli respublikalarda milli özünüdərk, hüquqların tapdalanmasına, sərvətlərin talan olmasına əlamətləri güclənməkdə idi.

       1993-cü ildə oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasda səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçkilər bütün Azərbaycan xalqının Heydər Əliyevə böyük ümidlər bəslədiyini, inandığını bir daha nümayiş etdirdi. Yenədə torpaqların düşmənə verilməsi ilə ölkədə siyasi böhran yaranacağına, hakimiyyət çevrilişi olacağına ümid edənlərin və hakimiyyəti ələ keçirmək istəyənlərin cinayətkar satqınlığı nəticəsində 1993-cü ilin yayında və payızında Azərbaycanın ərazi bütövlüyünə yeni zərbələr vuruldu. Azərbaycan Prezidenti Heydər Əliyevin uğurlu diplomatiyası, milli ordunun güclənməsi nəticəsində düşmən və onun havadarları artıq münaqişənin zorakı vasitələrlə həll etmək cəhdlərinin perspektivsizliyini dərk edirdilər. 1994-cü il mayın 12-də cəbhələrdə atəşkəsə nail olundu.

       Azərbaycan dövlətçiliyinin bərpa və inkişaf etdirilməsinə, içtimai-siyasi sabitliyinin, ərazi bütövlüyünün təmin olunması kimi mürəkkəb işə dövlət intizamının, qanunçuluğun, hüquq-mühafizə orqanlarının, ordunun daha da möhkəmləndirilməsindən başlandı.

Venera Rəsulova,

Xocalı rayon ziyalısı

Yorum Gönder

Daha yeni Daha eski