Səfirliyimizdə törədilmiş terror aktını İran molla rejiminin xüsusi xidmət orqanları həyata keçirib

   Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyində törədilmiş terror aktı İran molla rejiminin terrorçu mahiyyətini göstərməklə yanaşı, Azərbaycana düşmən dövlət olduğunu aşkar şəkildə təsdiq etmiş oldu. Hər bir dövlətin xarici dövlətdəki səfirliyi həmin dövlətin ərazisi hesab edilir və yerləşdiyi dövlətin hüquq-mühafizə orqanları tərəfindən qorunur. Bu 1991- ci ildə qəbul olunmuş Vyana Konvensiyanın tələbidir. Özünü dövlət adlandran hər bir beynalxalq hüququn subyekti səfirliyin mənsub olduğu dövlətə münasibətindən asılı olmayaraq məlum Konvensiyanı imzalamaqla bu tələbə əməl etməyə borcludur. İran molla rejiminin törətdiyi bu terror aktı təsdiq edir ki, özünü sözdə islam dövləti adlandıran bu quruluş dövlət ərkanında tamamilə uzaqdır. Onlar necə ki, müqəddəs dinimiz olan İslam dinini özlərinin çirkin niyyətlərinə alət etmişlər, eyni qaydada dövlət ərkanını da istismar edir, rəqiblərinə qarşı dövlətin imkanlarlndan istifadə edirlər. İran fars rejimini mahiyyəti heç zaman dəyişməyib, Azərbaycan ikiyə parçalanandan bu günə qədər xalqımıza qarşı iyrənc məhvetmə siyasəti aparılmış, daima Azırbaycana düşmən kəsilmiş qüvvələrlə bir səngərdə qərar tutmuşdular. Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza sərgilədikləri münasibət, istər birinci, istərsə də ikinci Qarabağ müharibəsində ermənilərin yanında olmaları bu farsların Azərbaycan xalqına və dövlətinə münasibətinin göstəricisidir. Bizim gözəl atalar sözümüz var: "Dostunu mənə göstər, deyim sən kimsın".

        Şuşanın ermənilər tərəfindən işğalı zamanı Azərbaycanın o dövrdəki rəhbəri Yaqub Məmmədovu İrana dəvət edib, Ermənistanla separat danşışıqlar aparan həmin İran idi. Torpaqlarımız işğala məruz qalanda da yaşayış məntəqələrimizi, dini və mədəni abidələrimizi dağıdan da həmin İran idi. İşğal altında olan torpaqlarlmızda kənd təsərrüfatı məhsulları, əsasən də narkotik bitkilər becərən də həmin İran idi. Birinci Qaravağ müharibəsində Ermənistana silah-sursat, yanacaq verən İran rejimi Azırbaycana humanitar yardım adı altında soxularaq, insanların faciəvi durumundan istifafə edərək özü üçün din pərdəsi altında casus şəbəkəsi hazırlamaqla məşğul idi. Dinimizin bildirdiyinə görə şeytan insanlara 4 tərəfdən; öndən, arxadan, soldan və sağdan yaxınlaşır. Bunlardan ən təhlükəlisi şeytanın insana sağdan yanaşması hesab edilir. Çünkü sağdan yanaşma, din pərdəsi altında yanaşmadır. İran rejiminin əməlləri təsdiq edir ki, bunlar əsl şeytanın hökmlərini icra edən və ya şeytanın tam kəndisidirlər.

      44 günlük Vətən müharibəsi bu şeytan rejiminin üzündəki maskasını cırmış oldu. Ordumuzun Zəngilan istiqamətində irəliləməsi zamanı Ordumuzun önünə çıxaraq əngəl olmaları, buna görə də döyüş əməliyyatının istiqamətini dəyişmək məcburiyyətində qaldığımızı, müharibə ərəfəsində və müharibədən sonra Ermənistana silah-sursat, yanacaq və ərzaq yardımının edilməsi, Zəngəzur dəhlizinin açılmasına israrla əngəl olmaları, 44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan sərhədi boyunca hərbi təlimlərin keçirilməsi, Təbrizdə Ermənistan, Qafanda İran səfirliklərinin açılnası, İran rejimini mahiyyətini göstərir.

      Yuxarıda sadaladığım faktlar və hadisənin videogörüntüləri Azərbaycanın İrandakı səfirliyində baş vermiş qanlı hadisəsini terror aktı olduğuna heç bir şübhə yeri qoymur. Video-görüntüdən də görünür ki, İran xüsusi xidmət orqanlarının hazırladığı və müxtəlif qurumların birgə icra etdiyi terror aktıdır. Məncə bu terror aktı İranın aşkar şəkildə bu terror aktını törətdiyini bəlli etmək üçün törədilib. Məqsəddə Azərbaycanla aşkar şəkildə konfrantasiyaya girmək üçündür. Səfirliyimizin mühafizə xidməti əməkdaşlarının qəhrəmanlığı sayəsində əvvəlcədən müəyyənləşdirilmiş ssenari üzrə terror aktı törədilə bilmədi. Plan məncə belə olmuşdur ki, səfirliyin bütün əməkdaşları məhv edilməli, səfirliyin binası isə yandırılmalı idi. İran rejimi bu terror aktında bir nəfəri qətlə yetirildiyindən bu terror aktının müxtəlif uydurmalarla özlərindən kənarlaşdırmaq yolunu seçdilər.

Cənab Prezident İlham Əliyevin Azərbaycanın İrandakı Səfirliyində törədilmiş hadisiyə terror aktı kimi qiymət verməsi hadisənin İran molla rejimini tərəfindən törədildiyinə açıq mesajdır.

    Dünyanın hər hansı bir yerində yaşamasından, siyasi dünyagörüşündən və fəaliyyət növündən aslı olmayaraq İran molla rejiminin əsl mahiyyətini bilməli və mövqeyimizi açıq şəkildə ifadə etməliyik. Necə ki, Cənab Prezidentimizin ətrafında dəmir yumruğa çevrilərək tarixi torpaqlarımızı erməni işğalçılarından azad etdik, cənublu-şimallı bir araya gələrək fars, molla rejiminin də sonunu gətirməliyik!...

YAP Xocalı rayon təşkilatının sədri
Vahid ƏLİYEV,
YAP Xocalı rayon təşkilatının sədri









Yorum Gönder

Daha yeni Daha eski