Meqa enerji layihəsi

            Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı ilə strateji xarakter alan münasibətlər hazırda keyfiyyətcə yeni müstəviyə yüksəlib. Yanvarın 16-da Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifənin açılması baxımından əhəmiyyətlidir. Eyni zamanda bu iki ölkə arasında alternativ enerji sferası həmçinin əməkdaşlığın möhkəmləndirilməsi yolunda növbəti çox vacib addımın göstəricisidir.

   Bərpa olunan enerjilərə nisbətən bərpa olunmayan mənbələr qazıntı-yanacaq növləri, nüvə və nüvə-istilik enerjisi ətraf mühitin əlavə olaraq istiləşməsinə, çirklənməsinə, atmosferdə oksigenin intensiv sərf olunmasına, zərərli tullantıların artmasına, texnogen fəlakətin baş verməsinə gətirib çıxarır. Bu səbəbdən də son dövrlərdə dünya ölkələri bərpaolunan alternativ enerji mənbələrinə sürətli keçidi prioritet məsələ hesab edirlər. Ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən geniş istifadə olunur.

   Enerji mənbələri arasında 2020-ci ildə yeganə artım bərpaolunan enerji növləri üzrə qeydə alınıb. Pandemiya səbəbindən dünyada enerji tələbatının ötən il 5 faiz azalmasına baxmayaraq, bərpaolunan enerji mənbələrinin istehsalı 7 faiz yüksəlib. Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, növbəti 10 ildə bərpaolunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulur. Alternativ enerji mənbələrinin istehsalı 2021-ci ildə 10 faiz, növbəti beş ildə isə 50 faiz artaraq 2025-ci ildə qlobal elektrik istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək.

  Azərbaycan enerji sahəsində nəhəng potensilala malikdir. Ölkəmizin bərpaolunan enerji ilə bağlı proqramı enerji ixracının daha da şaxələnməsinə xidmət edəcək. Nəticə etibarı ilə ölkə iqtisadiyyatının yeni ekoloji təmiz sektorunun yaranması da böyük əhəmiyyət kəsb etmiş olacaq. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan cəmi iki il əvvəl Cənubi Avropaya inteqrasiya edilmiş boru kəmərləri sistemini qurmaqla Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb. Bu nəhəng layihə cari ildə təbii qaz ixracını 24 milyard kubmetrə çatdırmağa imkan yaradacaq. Lakin Azərbaycanın mövcud enerji potensialı bundan qat-qat böyükdür. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin bu günə olan bərpaolunan enerji imkanları quruda 27 qiqavatlıq külək və günəş enerjisi, azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi kimi qiymətləndirilir. Bu potensilaın reallaşdırılması üçün kifayət qədər ixrac marşrutları lazımdır və Azərbaycan bu layihələri mərhələli şəkildə icra edir.

“Cənub Qaz Dəhlizi” beynəlxalq əhəmiyyətli vahid qaz magistralını yaradacaq, bütün tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək" bu layihə Azərbaycanın ixrac kəmərlərini şaxələndirərək, ölkəmizin ixrac marşrutlarının seçimi baxımından daha da müstəqilləşməsinə şərait yaradacaq və bunun nəticəsində tərəfdaşlarla aparılan bütün kommersiya danışıqlarında Azərbaycana əlavə üstünlük yaradacaq. Bu lahiyyələr gələcəkdə də öz töhvəsini verəcəkdir.








Vahid Əliyev,

YAP Xocalı rayon təşkilatının sədri

 

 

Yorum Gönder

Daha yeni Daha eski