Meşəli nümayəndəliyində hesabat icası keçirilib

13.01.2023-cü il tarixdə Xocalı rayon İHB-nın Meşəli kənd İƏD-si üzrə nümayəndəliyinin 2022-ci ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilən illik hesabat iclası keçirildi.

     Hesabat iclasında Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Bəxtiyar Allahverdiyev, Meşəli kənd İƏD-si üzrə nümayəndəliyinin əməkdaşları və Meşəli qəsəbə sakinləri iştirak etdilər.

     Əvvəlcə hesabat yığıncağını aparmaq üçün sədr və katib seçildi.

      Xocalı rayon İHB-nın Meşəli kənd İƏD-si üzrə nümayəndəsi İlqar Kazımov hesabat məruzəsində bildirdi ki Meşəli  kənd  nümayəndəliyi 14 ildir Goranboy rayon Meşəli  qəsəbəsində  fəaliyyət  göstərir. Meşəli  kənd nümayəndəliyinin  əhalisi  2  ədəd  təsərrüfat başına kitabında  qeydiyyata  alınmışdır. Hazırda  nümayəndəlikdə  180  ailə  659 nəfər sakin  var. Bunlardan kişilər 334 nəfər, qadınlar  isə 325 nəfərdir. Meşəli kəndində 14 şəhid ailəsi və bir valideyinini itirən 10 ailə  var.         

Əhalinin istifadəsində olan iri buynuzlu  mal-qaranın sayı 146  baş təşkil edir. Ötən illə müqaisədə arı ailələrinin sayı 855 arı ailəsindən 1004 arı ailəsinə yüksəlmişdir. Sakinlərimizin  müəyyən hisəsi 17 ayr-ayrı rayonda  məskunlaşmışdır.

Nümayəndəlik  il  ərzində 10 əmr və  210 ədəd  arayış  vermişdir. Nümayəndəliyə 8 müxtəlif məzmunlu məktub daxil olmuş, həmin  məktublar öz məzmunu əsasında cavablandırılmışdır. Bizim  tərəfimizdən 28 məktub müxtəlif ünvanlara göndərilmiş və  həllini  tapmışdır. 

Hesabat məruzəsini dinləyən Xocalı Rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov məruzəyə münasibətini bildirdi.

Hesabat yığıncağının sonunda sakinlər fərdi müraciətlərini etdilər.

 






Yorum Gönder

Daha yeni Daha eski