Kosalar kənd İƏD-si üzrə nümayəndəliyin gördüyü işlər qənaətbəxş sayıldı

Yanvarın 25-də Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyinin 2022-ci ildə gördüyü işlərə və 2023-cü ildə qarşıda duran vəzifələrə dair illik hesabat iclası keçirildi.

        Kosalar kənd tam orta məktəbinin akt zalında keçirilən hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, müəssisə, idarə rəhbərləri və Kosalar kənd sakinləri iştirak etdilər. 

Əvvəlcə hesabat iclasının reqlamentinə əsasən iclası aparmaq üçün sədr və katib seçildi.

        Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayanədəsi Şahid Rzayev hesabat məruzəsi ilə çıxış edərək nümayəndəliyin gördüyü işlərdən məlumat verdi. Şahid Rzayev bildirdi ki, Kosalar  kənd  nümayəndəliyindən 499   sayda müxtəlif məzmunda: ailə tərkibli, yaşayış yeri və sair arayış  verilmişdir. İdarə və  təşkilatlara 61 sayda müxtəlif məzmunlarda  məktublar   göndərilmişdir.

Şahid Rzayev nümayəndəliyin nəzdində olan idarə və müəssisələrin fəaliyyəti haqqında da məlumat verdi. Qeyd etdi ki, Mədəni-maarif  müəssisələrinin  işçiləri  bütün dövlət  əhəmiyyətli  tədbirlərin keçirilməsində   yaxından iştirak edirlər. Xocalı  Soyqırımının  30 –cu  ildönümü  nümyəndəliyin  tabeliyində  olan   idarə və  müəssisələrin  iştirakı  ilə  Mədəni-maarif  müəssisələrinin  tərtib  etdikləri  kompazisiyada  yaxından iştirak  etdilər. Mədəni-maarif  müəssisələri  qəsəbədə  ucaldılmış “Ana Harayı” abidəsinin  qorunub  saxlanmasında  yaxından  iştiralk  edirlər.

  2022 – ci ildə  “Şuşa”  ili  münasibəti ilə kütləvi  tədbirlər  keçirilmiş, Kosalar  kənd  İcra  nümayəndəliyinin  təşkilatçılığı  ilə  Mədəni-maarif  müəssisələri Kosalar  kənd  Mədəniyyət  evində “Zəfər” bayramının 2-ci  ildönümü qeyd edilmişdir.

Xocalı  rayon Yaloba  kənd  Tarix - Diyarşünaslıq  Muzeyinin  kollektivi tarixi maaddi  dəyərli  abidələrin  qorunub saxlanması, gənc  nəsilə  nümayiş  etdirilməsi  muzey işçiləri  tərəfindən  yüksək səviyyədə  təşkil  edilmişdir.

Kosalar  kənd  Ailə  Sağlamlıq Mərkəzi, 2022-ci  ildə  2335  nəfər  xəstə müraciət  edib. Xəstələrə Stomotoloji, Terapevtik  və  təcili  tibbi  yardım  edilib.

Evə  çağırışların  sayı  4350  olmuşdur. Uşaqlar  arasında  vaksinasiya  turları  vaxtlı - vaxtında  aparılır. Hamilə  qadınlar qeydiyyata  götürülmüş, onlara  tibbi  nəzarətlər  edilmişdir.

Kosalar  kənd  icra  nümayəndəliyi  illik  iş  planına  uyğun  yerlərdə  əhalinin  mövcud problemləri, görülən  işlər  haqqında  gündəlik olaraq  İcra Hakimiyyəti  Aparatının Ərazi idarəetmə  və  yerli  özünüidarəetmə  orqanları  ilə  iş  şöbəsinə  məlumat  verir.

 Hesabat məruzəsi ətrafında çıxışlarda nümyəndəliyin gördüyü işlər qənaətbəxş hesab edildi.

Daha sonra Xocalı rayon İH-nin başçısı Şahmar Usubov hesabat məruzəsinə münasibət bildirdi. Nümayəndəliyin gördüyü işləri qənaətbəxş sayan rayonumuzun icra başçısı, pandemiyadan sonra ilk dəfədir ki, Kosalar kənd nümayəndəliyində hesabat iclasının keçirildiyini diqqətə çatdırdı. Dövlətimizin koronavirus pandemiyasından ən az zərərlə ötüşdüyünü və 44 günlük Vətən müharibəsindən sonra qalib xalq kimi yeni dönəmə qədəm qoyduğumuzu dedi. Ölkə başçısı Cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində tezliklə Xocalı torpaqlarından bütünlüklə düşmən tapdağının kəsiləcəyinə əmin olduğunu vurğuladı. 

Sonda problemi olan sakinlər fərdi şəkildə müraciətlərini etdilər.

 Yazıda yenilənmə gedəcək...






































 

Yorum Gönder

Daha yeni Daha eski