Almaniya ilə əlaqələrimiz yüksək səviyyədədir

 

Hər bir Avropa dövləti kimi Almaniya da Asiya qitəsi ilə iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məhz Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə birbaşa bağlıdır. Bu bağlılığı şərtləndirən əsas səbəb isə Azərbaycanın bölgədəki geostrateji mövqeyi və regional layihələri ilə qarşılıqlı faydalı əməkdaşlığa verdiyi mühüm töhfələrlə bağlıdır. Almaniya iqtisadi inkişaf baxından Avropa məkanında önəmli rola malikdir. Bu gün Azərbaycan və Almaniya arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinə böyük ehtiyac var. Azərbaycan üçün önəmli olan məsələ Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpa olunmasıdır. Bu işdə alman iş adamları da yaxından iştirak edə bilərlər. Bu səbəbdən Azərbaycan Prezidenti  alman iş adamları ilə görüşlər keçirir.

 Martın 13-də Cənab Prezident İlham Əliyev Almaniyaya səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyevin otuza yaxın biznes təmsilçiləri ilə görüşləri baş tutdu. Bu görüşlərdə ölkəmizin biznes potensialı və xarici sərmayəçilər üçün yaradılmış əlverişli biznes mühiti haqqında ətraflı məlumat verildi. Bu görüşlərdə və mətbuat konfransında ölkə başçısı Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, ənənəvi və bərpa olunan enerji ixracatı sahəsində strateji tərəfdaşlıq və bu əməkdaşlığın inkişaf potensialları barədə açıqlama verdi. Səfər çərçivəsində keçirilmiş görüşlərin Almaniya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük töhfə verəcəyi şübhəsizdir və əminəm ki, qarşıdakı illərdə biz bunun faydalı nəticələrini görəcəyik. Səfər çərçivəsində aparılan müzakirələr münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcudluğunu göstərir. Bu görüşlərdə və daha sonra ölkə rəhbərləri səviyyəsində verilmiş açıqlamalardan aydın görünür ki, Almaniya Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür və Azərbaycan hökuməti ilə müxtəlif səviyyələrdə və müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Hazırkı səfər Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edəcək. Siyasi, iqtisadi, mədəni, humanitar istiqamətlərdə yeni əməkdaşlıq platformaları yarana bilər. Digər tərəfdən eyni zamanda nəqliyyat və enerji sahəsində bu gün Azərbaycanın qlobal təşəbbüsləri göz önündədir. Bura həm Cənub Qaz Dəhlizi, eləcə də Orta Dəhliz və Zəngəzur dəhlizi aiddir. Həmçinin Qara dənizin dibi ilə yaşıl enerji dəhlizinin formalaşması böyük bir coğrafiyada təhlükəsizliyin, sülhün və sabitliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərdir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan mühüm geosiyasi  coğrafiyanın iqtisadi dayanıqlılığının artırılmasına yönəlik addımlar atır.

Azərbaycan prezidentinin Almaniyaya səfəri zamanı Ermənitanla Azərbaycan arasında nizamlanma prosesi, sülh müqaviləsinin imzalanmasına dair rəsmi Bakının mövqeyi, regondakı reallıqlar əsas müzakirə obyekti oldu. Ermənistan təbliğat maşının yalan-yanlış məlumatlarına tutarlı cavablar vermək üçün Azərbaycan tərəfinin yaxşı imkanı var. Azərbaycan həm reionda, həm dünyada sülhün tərfdarıdır, daim sülh təşəbbüsləri ilə çıxış edir. Ermənistanla sülh müqaviləsinin imzalanması da rəsmi Bakının istəkləri sırasındadır. Bu gün müasir beynəlxalq münasibətlər sistemində ərazi bütövlüyü, suverenlik sərhədlərin toxunulmazlığına dair vahid bir yanaşma mövcuddur. Bu baxımdan mövcud münaqişələr ərazi bütövlüyü kontekstində həllini tapmalıdır. Buna görə də Azərbaycan Prezidentinin Berlinə səfəri  və bu narrativlər Almaniya hökumətinin diqqətinə çatdırıldı.Rəsmi Berlin tərəfindən ölkəmizin ərazi bütövlüyünün birmənalı olaraq dəstəklənməsi diqqətəlayiq haldır.

Aydın Əliyev,

Xocalı rayon ziyalısı

Yorum Gönder

Daha yeni Daha eski