"Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirildi

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Xocalı Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən 28 mart 2023-cü il tarixdə "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirildi.

Tədbirdə rayon icra hakimiyyəti aparatının başçısı Şahmar Usubov, idarə, müəssisə rəhbərləri, YAP fəalları, vətəndaş cəmiyyətinin nümayəndələri, ziyalılar, şəhid ailələri və qazilər iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə qəsəbədə ucaldılan Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək dərin ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzdülər.

Xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət Evində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Xocalı rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov,  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, rayon ziyalısı Ramiz Qəhrəmanov və digər natiqlər bildirdilər ki, Ulu öndər Heydər Əliyevin fədakarlığı, cəsarəti və uzaqgörənliyi sayəsində dövlətçiliyimizin və müstəqilliyimizin böyük fəlakətdən xilas olmasından, dahi rəhbərin hər zaman milli ideologiyanı və azərbaycançlıq məfkurəsini hər şeydən üstün tutmasından, dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyev azərbaycançılıq məfkurəsinin, azərbaycançılıq ideyasının banisidir. Dahi rəhbərin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edir. Ümummilli Liderimizin ideya və prinsiplərinə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirməsi nəticəsində həmvətənlərimizin birlik və həmrəyliyi daha da möhkəmlənib. Azərbaycançılıq ideologiyası Vətən müharibəsi dövründə də milli birliyimizin təmin olunmasında əsaslı rol oynadı.

         Tədbirdə həmçinin dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş sənədli film nümayiş etdirildi.   







Yorum Gönder

Daha yeni Daha eski