“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 №li Sərəncamının icrasını təmin etmək məqsədilə Xocalı rayonu üzrə də müvafiq tədbirlər Planı təsdiq olunmuş və bu tədbirlər planının icrası istiqamətində lazımi işlər görülmüşdür.
Sərəncamın icrasını təmin etmək məqsədilə 16.10.2022-ci il tarixdə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində tədbir keçirilmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov məşğulluq proqramının həyata keçirilməsi istiqamətində dövlət siyasətindən, müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsindən danışıb. Bildirib ki, peşə və sahə assosiasiyaların yaradılması sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, sahibkarların maraqlarının müdafiəsi baxımından çox əhəmiyyətlidir.