Uşaq Gənclər İnkişaf Mərkəzində "Heydər Əliyev İli" çərçivəsində rəsm sərgisi təşkil edilib

      Martın 29-da Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Uşaq Gənclər İnkişaf Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Xocalı məktəblilərinin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, ictimai fəallar və məktəblilər iştirak etdilər. 

        Sərgi başlamamışdan öncə iştirakçılar tərəfindən Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib. Çıxış edənlər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan sərginin əhəmiyyətini vurğulayıblar. Həmçinin bildirilib ki, gənclərin asudə vaxtlarının səmərəli təşkilində və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında bu cür sərgilərin böyük əhəmiyyəti var. Sonra sərgiyə baxış olub. Çəkilmiş rəsm əsərləri və əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanılıb.

 


 


Yorum Gönder

Daha yeni Daha eski