Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir

  2023-cü il may ayının 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. 

 Heydər Əliyev Azərbaycan müstəqilliyinin tarixi yaradıcısıdır. O, neçə ömürlər bəs edən bir ömür yaşamışdır. 

   Qarşılaşdığı bütün dramatik şəraitlərdən, çıxılmaz və ağır anlardan o, yalnız qalib kimi çıxmışdır.

  Heydər Əliyev totalitarizm labirintlər Azərbaycanı məharətlə və salamat çıxarmış, SSRİ dağıldıqdan sonra isə Azərbaycan siyasi liderin təcrübəsindən bir daha yararlandı.

  O, nəinki ölkədəki stabilliyi bərqərar etdi, həmçinin Azərbaycan dünya arenasında sayılıb-seçilən ölkələr içərisinə çıxardı.

   Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1944-cü ildən orqan sistemlərində işə qəbul olunmuşdur. Sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri, Azərbaycan Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər kabinetinin sədrinin birinci müavini vəzifəsinə qədər yüksəlmişdir.1993-cü ilin oktyabr ayında müstəqil Azərbaycanın sayca üçüncü prezidenti seçilmişdir.

  Həqiqətən bu, Azərbaycan tarixinin böyük bir dövrüdür. Müdrik və uğurlu siyasətçi olan Heydər Əliyev 34 il məmləkətimizə rəhbərlik etmişdir.

    Heydər Əliyev fantastik zəhmətkeşliyə malik bir şəxs idi. Onun iş günü 11-12 saat davam edirdi.O, gözəl bir natiq idi və heç bir çətinlik çəkmədən, qabaqcadan hazırlaşmadan hər hansı mövzu barəsində saatlara danışa bilərdi.1985-1987-ci illər onun üçün ağır illər idi. Hakimiyyətə yiyələnmiş Mixail Qorbaçov Heydər Əliyevi sevmirdi və onu işdən uzaqlaşdırmaq üçün səhv axtarırdı. Bu ağır şəraitdə Heydər Əliyev dəqiqliklə öz işini yerinə yetirir və öz siyasi rəqiblərinə heç bir imkan yaratmırdı ki, onda hər hansı bir səhv tutsunlar.

    İkinci dəfə hakimiyyətə yiyələndikdən sonra o, Azərbaycanın müstəqilliyi üçün bir çox işlər gördü. Vətəndaş müharibəsinə sürüklənmiş ölkəni xilas edən Heydər Əliyev məmləkətə tarixi perspektiv bəxş etdi. Çəkdiyi bu zəhmətlərə, yeqin ki, ardıcılları onun ölkə siyasətində yerini Türkiyədə prezident olmuş Atatürklə, Fransada general Şarl de Qolla, Amerikada Ruzveltə müqayisə edəcəklər. 

   1993-cü ildə ölkədə siyasi böhran yarandığı vaxt ölkəni bu vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə alan bir şəxs tapılmadı. Bu ağır işin öhdəsindən yalnız və yalnız Heydər Əliyev gələ bilərdi və gəldi də. Məhz buna görə də, Heydər Əliyev XX əsrin ikinci yarısında yaşamış, dünyanın ən böyük siyasi xadimlərindən saymaq olar.

  Bugünkü Azərbaycan iqtisadi inkişafı 44 günlük Vətən müharibəsindəki xalqımızın şanlı qələbəsi məhz Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasətin nəticəsidir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Fərhad Gülməmmədov,

Xocalı rayon gənci

Yorum Gönder

Daha yeni Daha eski