Təlimdə qeyd olunmuşdur ki, hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlar öz səlahiyyətlərini həyata keçirərkən dövlət oqranları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlərə qarşılıqlı fəaliyyət göstərməlidirləər və onlar Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutmalıdırlar. Eyni zamanda rayon sakinləri tərəfindən daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada qaldırdıqları problemləri həll etyməyə təşəbbüs göstərməlidirlər. Hüquqi maarifləndirmə işinin aparılmasında, o cümlədən hüquqi islahatların məzmunu və mahiyyəti barədə ictimaiyyət məlumatlandırılmalıdır.
Qeyd edək ki, rayon üzrə hüquqi maarifləndirmə işlərinin aparılması istiqamətində il ərzində müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulur.